Azərbaycanın "Kapital Bank" ASC-nin marketinq kommunikasiyaları şöbəsinə yeni rəhbər təyinatı olub.
FED.az-ın xəbərinə görə, bu vəzifəyə əvvəllər "Genna Baku" reklam şirkətinin Azərbaycan üzrə direktoru olmuş Aygün İslamzadə təyin edilib.
Qeyd edək ki, A.İslamzadə Dövlət İqtisad Universitetinin məzunudur. O, "Kia Motors Azerbaijan", "Azərbaycan Marketinq Cəmiyyəti" və "Catel" kimi şirkətlərdə çalışıb.
Reklam şirkətindən "KapitalBank"a transfer

10:33
5 Aprel 2018