Regionlar üzrə kredit qoyuluşu – ƏSAS PAY BAKININDIR
21:21
1 İyul 2019
Bu il 1 iyuna ölkə üzrə kredit qoyuluşu 12,8 milyard manat olub. FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit qoyuluşu əsasən Bakı şəhərinin payına düşüb – 10,3 milyard manat. Ən az isə Yuxarı Qarabağ iqtisadi rayonuna – 56 min manat.
Kreditlərin orta faiz dərəcəsində vəziyyət isə bunun əksinədir. Ən az Bakıda 9,9 %, ən çox Yuxarı Qarabağ iqtisadi rayonunda – 24,2 % olub.
Digər iqtisadi rayonlar üzrə kredit qoyuluşu belədir:
Abşeron iqtisadi rayonu – 510 min 653 manat
Aran iqtisadi rayonu – 645 min 83 manat
Dağlıq Şirvan iqtisadi rayonu - 63 min 489 manat
Gəncə- Qazax iqtisadi rayonu - 519 min 626 manat
Quba-Xaçmaz iqtisadi rayonu - 186 min 29 manat
Lənkəran iqtisadi rayonu - 230 min 453 manat
Şəki-Zaqatala iqtisadi rayonu – 162 min 244 manat
Yuxarı Qarabağ iqtisadi rayonu - 56 min 840 manat
Kəlbəcər – Laçın iqtisadi rayonu - 0 manat
Naxçıvan iqtisadi rayonu – 109 min 711 manat