Bank “BTB” ASC beynəlxalq ödəniş sistemləri olan MasterCard və Visa bazasında buraxılan kredit kartı məhsulunun verilməsini aktivləşdirib. Belə ki, müştərilər zəruri istehlak yönümlü alışlarını daha səmərəli təşkil etmək, ölkə daxilində və xaricində nağd pul ehtiyaclarını qarşılamaq, həmçinin nağdsız ödənişlər aparmaq üçün Bank BTB-nin təklif etdiyi “Kredit kartı” məhsulundan istifadə edə bilərlər.
Kreditin məbləği 5000 AZN ekvivalentinədəkdir. Kartın növü isə müştərinin istəyinə görə mövcud tariflər əsasında müəyyənləşdirilir. Kredit şəxsiyyət vəsiqəsi və müştərinin gəlirlərini təsdiq edən rəsmi sənəd əsasında verilir.
Bank BTB-nin xidmət və məhsulları haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında yerləşən Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.