Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyası Vətən müharibəsi əlillərinin sağlamlıqlarının bərpasına və fəal həyata qayıtmalarına kömək edir.
FED.az xəbər verir ki, bu işdə laboratoriya dünya təcrübəsindən istifadə edir. Laboratoriya AccessBank tərəfindən dəstəklənir.
Hərbçilərin reabilitasiyası yüksək ixtisaslı həkimlər və peşəkar instruktorlar tərəfindən həyata keçirilir. Reabilitasiya prosesi hər pasient üçün fərdi tərtib edilib. Müalicə və bərpa prosesində “InBody”, “Biodex”, “Compex”, “BTL” kimi xüsusi avadanlıqlardan istifadə edilir.
Reabilitasiya avadanlıqları İdman Akademiyasının Elmi-tədris laboratoriyasına AccessBank tərəfindən hədiyyə olunub və reabilitasiya xidməti tam təmənnasız həyata keçirilir.
Bu günədək Elmi-tədris laboratoriyasına reabilitasiya xidməti üçün 84 hərbi qulluqçu müraciət edib. Hazırda 3 nəfər bərpa prosesindən keçir, 81 nəfərin isə reabilitasiyası başa çatıb, 63 nəfər hərbi xidmətə qayıdıb.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.