Azərbaycanda ölkə daxilində pulu bir şəhərdən digərinə müxtəlif üsullarla çatdırmanq mümkündür. Vəsaiti bank kartı transferi ilə, digər rayonlara gedən avtomobillər və sadəcə tanışlarla göndərmək olar.
Digər bölgələrə pulu bankların vasitəsilə də köçürmək olar. Şəhərlər arası pul köçürmələri dəyişkən şirkətlər tərəfindən, müxtəlif tariflərə görə transfer olunur. Belə ki, şirkətlərin müştərilərinə təqdim etdiyi tarif paketləri 100 manata görə dəyişkən olsa da, köçürmələrdə məhdudiyəti olanlar da var, yüksək məbləğə görə az kamissiya haqqı tutanda. Pul transfer bazarındakı şirkətlər sadəcə yerli sistemlərlə köçürmə həyata keçirirlər.
FED.az olaraq ölkədaxili pul köçürmələrinin faiz aralıqlarını təqdim edirik.
AccessBank –ın yaratmış olduğu Acces Transfer xidməti 100 manata görə 0.4% komissiya haqqı tutur və ən az 2 manat olmaqla pul transferlərini həyata keçirir. Sözügedən bank da müştərilərinin istənilən qədər məbləğini bölgələrə transfer etmək qalibiyətinə malikdir.
Azərbaycan Beynəlxalq Bankının yartdığı bölgələr arası Manat Express xidməti komissiya xidmətini faiz yerinə nəğd pul olaraq alır. Belə ki, 100 manata 1.5 manat xidmət haqqı alan şirkət, 300 manat üçün də həmin məbləği xidmət haqqı olaraq alır. Yəni, 300 manata qədər sözügedən şirkət 1.5 manat, 300 manatdan yuxarı isə faiz olaraq hesab aparır və 0.5% komissiya haqqı tutur. Bankdan verilən məlumata görə, sistemən az 1 manat, ən çox isə 10.000 manatı məbləği bölgələrə transfer edə bilər.
AFB BANK-ın yaratmış olduğu AFB Transfer xidməti isə ölkə daxili pul köçürmələrində 100 manata görə 0.1% komissiya haqqı tutur. Ən az 3 manat olmaqla pul köçürməsini həyata keçirən şirkət, istənilən məbləğdə pulu bölgələrə transfer etmək qalibiyətinə malikdir.
MuğanBankın yaratdığı Monex xidməti 100 manata görə 0.6% komissiya haqqı tutur. Bölgələrə ən az olmaqla 2 manat, amerika dolları və avro göndərən şirkət müştərilərinə istənilən məbləği transfer edə biləcəyini bildirib.
Kapital Bank ölkə daxili pul köçürmələrini yalnız yaratmış olduğu Xəzri transferi ilə həyata keçiri. Sözügedən xidmət 100 manata görə ölkə daxili transferlərdən 0.8% komissiya haqqı tələb edir.
Banklar arasında ən baha pul köçürməsi həyata keçirən Dəmir Bankdır. Bankın yaratmış olduğu Şimşək transferi ilə 100 manata görə 2% komissiya haqqı tutur. Ən az 10 manat olmaqla pul köçürməsi həyata keçirən sistem, ən çox halda 100.000 manat pul köçürməsi həyata keçirir.
Bölgələrə pulu Azərpoçt vasitəsilə də göndərmək olar. Poçt operatorunun üstünlüyü onun bütün rayonlarda filiallarının olmasıdır. Amma köçürmə tarifləri bu üstünlüyü heçə endirir.
Azərpoçtdan verilən məlumata əsasən, 100 manata qədər olan pul köçürmələrində 2,7 manat komissiya haqqı tutulur. Ən az 1 manat olmaqla, ən çox 1.000 manata qədər bölgələrə pul transferləri həyata keçirilir.
Başqa sözlə, bölgələrə pul transferlərini ən baha olaraq Azərpoçt transfer edir. Belə ki, 100 manata görə 2.7 manat yəni, 2.7% komissiya tələb edir. Azərbaycanda 0,1% -lik ölkədaxili pul transferinin olduğuna nəzərə alsaq Azərpoçt bu bazarda qalmaq üçün hökmən komissiya haqlarına yenidən baxmalıdır.
Rayona pul göndərmək neçəyədir? – BANKLARIN FAİZLƏRİ
17:22
4 Dek 2017