“NBC Bank”ın 2018-ci ilin 3-cü rübü üçün problemli kreditlərinin məbləği azalıb.
FED.az xəbər verir ki, “NBC Bank”ın kredit portfeli 2018-ci ilin 3-cü rübündə 195 mln 868 min manat olub.
Kredit portfelini yarıdan çoxu – 102,7 mn manatı fiziki şəxslərə verilmiş istehlak kreditlərinin payına dühür. Kreditin həcminə görə, 2-ci yeri 54,5 mln manatla ticarət və xidmət sahəsinə verilən kreditlər tutur. NBC Bank daha 22,4 milyon manatı iqtisadiyyatın digər sahələrinə – sənaye, kənd təsərrüfatı və sair, daha 16,3 milyon manat isə bank-maliyyə sisteminə ayrılıb.
Bankdan regionlar üzrə ən çox kredit verilən şəhər Bakı 185 mln 64 min manat, 2-ci yerdə isə 6 mln 31 min manat göstərici ilə Sumqayıt şəhəridir. Bank 2 milyon 884 min manat Gəncdə, 1 milyon 30 min manat Lənkəranda, 858 min manat isə Şəkidə kredit verib.
Problemli kreditlərə gəldikdə isə, “NBC Bank”da bu sahədə işlər yaxşıdır - 2018-ci ilin 3-cü rübü üzrə 195 mln 868 min manat olan kredit portfelinin 11 mln 287 min manatı vaxtı keçmiş kreditlərin payına düşüb, başqa sözlə vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 5,76% təşkil edir.
Halbuki 2017-ci ilin sonunda bankın kredit portfeli 163 mln 572 min manat, problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 7,35% idi.
Müqayisə üçün bildirək ki, ölkə üzrə problemli kreditlərin xüsusi çəkisi 14% nzirbk tlbh.
FED.az “NBC Bank”ın açıqladığı hesabata əsasən məlumat verir ki, iqtisadiyyatın sahələri üzrə problemli kreditlər ən çox fiziki şəxslər üzrə 7 mln 615 min manat, 2-ci yerdə isə 2 mln 974 min manat ticarət və xidmət sahəsi olub. Problemli kreditlər iqtisadiyyatın digər sahələrində (sənaye kənd təsərrüfatı və sair) 692 min manat, ictimai təşkilatlarda isə 7 min manat təşkil edir.
Problemli kreditlərin kredit portfelində xüsusi çəkisini nəzərdə tutsaq bu zaman ən yüksək fazi göstəricisi 100%-lə ictimai təşkilat, mərkəzi və bələdiyyə idarəetmə orqanlarının payına düşür, belə ki, bu sahəyə verilən 7 min kredit hələ də qaytarılmayıb (bu kredit və onun qaytarılmadığı barədə məlumat bankın 2017-ci ilin sonundakı hesabatında da əksini tapıb).
Fiziki şəxslərə verilən kreditlərdə problemli hissə 7,42%,
ticarət və xidmətdə 5,46%,
iqtisadiyyatın digər sahələrində 3,1% olub.
Regionlar üzrə ən çox vaxtı keçmiş kredit məbləği Bakı şəhəri 9 mln 337 min manat, 2-ci yerdə 695 min manatla Sumqayıt şəhəridir.
Gəncədə qaytarılmayan kreditlər 619 min manat,
Lənkəranda 399 min manat,
Şəkidə 237 min manatdır.
Problemli kreditlərin regionlar üzrə çəkisinə nəzərə salanda ən pis vəziyyət Lənkərandadır, burada qaytarılmayan kreditlərin çəkisi 38,73% təşkil edir. Kreditlərin qaytarılmasındakı problemlərə görə
2-ci yerdə isə Şəki şəhəri - 27,62%-lə dayanır.
Gəncədə problemli hissə 21,46%,
Sumqayıtda 11,52%,
Bakıda isə 5,04% təşkil edir.