Avstriyanın «Raiffeisen Bank»ı öz bankı istisna olmaqla, bütün Rusiya banklarının müxbir hesablarını bağlayıb.
FED.az xəbər verir ki, Avstriyanın «Raiffeisen Bank International» (RBI) bank qrupunun rəhbərliyi bütün Rusiya bankları ilə müxbir əlaqələrini dayandırmaq qərarına gəlib.
RBI-nin cari ilin birinci rübünün maliyyə hesabatlarına təqdimatına görə, yeganə istisna Rusiyadakı törəmə kredit təşkilatı - Raiffeisenbank idi.
“Ödəniş biznesində azalma davam edir. «Raiffeisenbank Russia» istisna olmaqla, bütün Rusiya müxbir banklarının hesabları dayandırılıb”, - maliyyə qrupunun sənədində deyilir.
Cari ilin əvvəlində RBI-nin Rusiya bazarında işgüzar fəallığının səviyyəsi azalıb. Avstriya təşkilatı Rusiya Federasiyası ərazisində mövcudluğunu minimuma endirib.
Hesabatda deyilir ki, buna səbəb beynəlxalq sanksiyalar fonunda biznesin aparılmasının çətinliyi olub. Bu fonda RBI rəhbərliyi Rusiyada öz biznes fəaliyyətini azaltmaq üçün götürülmüş kursa riayət etməyə davam edəcək.
“Rusiyada biznes qurmaq üçün şərait çox çətindir. Rusiyada biznesin satışını tənzimləyən yerli və beynəlxalq qanunlar daim dəyişikliyə məruz qalır. RBI Rusiya bölməsini satmağa və ya ləğv etməyə davam edəcək”, - sənəddə deyilir.