“Rabitəbank” ASC 2026-cı ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
“Rabitəbank” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 38 milyon 292 min manat olub. Faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 155 min manat (23%) artıb.
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 5 milyon 630 min manat (19,5%) artaraq 34 milyon 455 min manata çatıb. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 780 min manat (1 milyon 235 min manat / 3,3 dəfə çox), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 734 min manat (244 min manat / 16,4%) olub.
Hesabat dövründə bankın faiz xərcləri 6 milyon 627 min manat və ya 56,8% artaraq 18 milyon 288 min manata yüksəlib. Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər üzrə xərclər 237 min manat (21,8%) artaraq 1 milyon 323 min manata bərabər olub.
Alınan haqq və kommisiya gəlirləri 8 milyon 587 min manat (1 milyon 471 min manat / 20,7%), xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 165 min manat (307 min manat / 2,8 dəfə az) olub.
Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 10 milyon 485 min manat (1 milyon 169 min manat / 12,5% çox), ümumi və inzibati xərclər 11 milyon 267 min manat (1 milyon 37 min manat / 10,1% çox), amortizasiya xərcləri 638 min manat (76 min manat / 10,6% az) təşkil edib.
Bankın dövr üzrə xalis mənfəəti 5 milyon 96 min manat olub ki, bu da, illik müqayisədə 439 min manat və ya 9,4%) çoxdur. Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
Cari ilin birinci rübünün sonuna “Rabitəbank”ın aktivlərinin həcmi 1 milyard 395 milyon 269 min manat olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 7 milyon 31 min manat və ya 0,5% azalıb.
Müştərilərə verilmiş kreditlərin həcmi 944 milyon 275 min manat olmaqla 2 milyon 986 min manatlıq (0,3%) artım göstərib. Ticarət və investisiya qiymətli kağızları üzrə aktvitlər 133 milyon 749 min manat (18 milyon 715 min manat / 16,3% çox), banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmi isə 69 milyon 920 min manat / 2,1 dəfə az) olub.
Bəhs olunan dövrdə bankın öhdəlikləri ötən ilin sonuna nəzərən 12 milyon 14 min manat (1%) azalaraq 1 milyard 258 milyon 757 min manata düşüb.
Depozitlərin həcmi 836 milyon 293 min manat (42 milyon 7 min manat / 4,8% az), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 344 milyon 428 min manat (21 milyon 90 min manat 6,5% çox) olub.
Cari ilin birinci rübünün sonunda bankın cəmi kapitalı 136 milyon 512 min manat təşkil edib. Cəmi kapital ötən ilin sonu ilə müqayisədə 4 milyon 983 min manat (3,8%) artıb.
Səhmdar kapitalı dəyişilməyərək 101,3 milyon manat səviyyəsində qalıb.
Bankın bölüşdürülməmiş mənfəəti 5 milyon 96 min manat (32%) artaraq 20 milyon 998 min manata bərabər olub.
Ümumi ehtiyatlar isə 14 milyon 214 min manat (112 min manat / 0,8% az) olub.







![“Rabitəbank”ın vəziyyəti məlum oldu - [red]MƏNFƏƏTİ ARTIB - HESABAT[/red] | FED.az](upload/news/small/3990994.jpg)
![“Rabitəbank”ın vəziyyəti məlum oldu - [red]MƏNFƏƏTİ ARTIB - HESABAT[/red] | FED.az](upload/news/small/4446237.jpeg)
![“Rabitəbank”ın vəziyyəti məlum oldu - [red]MƏNFƏƏTİ ARTIB - HESABAT[/red] | FED.az](upload/news/small/4735172.jpeg)









