“Rabitəbank” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 35 mln 361 min manat, faiz xərcləri isə 12 mln 917 min manat olub.
Xalis faiz gəlirləri 2018-ci ildə ötən ilə nisbətən 1,9 dəfə artaraq 22 mln 444 min manata çatıb.
Qeyri-faiz gəlirləri ötən illə müqayisə də 27,95% azalaraq 10 mln 294 min manat enib, qeyri-faiz xərcləri isə 21,96% artaraq 7 mln 454 min manata çatıb.
Yekunda, bank 2018-ci ili 3 mln 124 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 11 mln 563 min manat zərərlə başa vurmuşdu.
FED.a bankın “Balans” hesabatına əsasən bildirir ki, bankın 2018-ci ildə cəmi aktivləri ötən ilə nəzərən 6,17% artaraq 772 mln 113 min manat, məcmu kapitalı 12 faiz artaraq 102 milyon manata yüksəlib.
Bankın kredit portfeli 1 ildə 35,42% artaraq 317 mln 765 min manat təşkil edib.
2018-ci ilin sonunda «Rabitabank»ın cəmi öhdəlikləri 4,35% artaraq 682 milyon 302 min manat təşkil edib.
Bankdakı depozitlər 11,1% azalaraq 210 milyon 951 min manat olub.
2018-ci ildə əvvəlki illə müqayisədə verilmiş biznes kreditlərinin həcmi 23 faiz, istehlak kreditlərinin həcmi 163 faiz, ipoteka kreditlərinin həcmi 170 faiz artıb. Hesabat dövründə sürətli pulköçürmələri 34 faiz, plastik kartların sayı 15 faiz, əməkhaqqı kartlarının sayı isə 21 faiz artıb.
Ötən il bankın xidmət şəbəkəsinin sayında artım müşahidə olunub. Belə ki, bankın, Xocalı prospekti 37, "Dəmirçi plaza" ünvanında yeni "Xətai" şöbəsi müştərilərin istifadəsinə verilib. Digər 4 filialı ünvanını dəyişərək, əsaslı təmir olunmuş geniş ofislərə köçürülüb. Həmçinin paytaxtda daha 4 ATM istifadəyə verilərək sayı 65-ə çatdırılıb.
"Rabitəbank"ın hesabatına buradan baxa bilərsiniz.