Ölkənin aparıcı banlarından olan «Rabitəbank» 2022-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
"Rabitəbank"dan biznesini böyütmək istəyən sahibkarlara - 50.000 AZN-dək MİKROKREDİT!
Faiz və investisiya gəlrləri kəskin artıb
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 1-ci rübdə bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon manat və ya təqribən 24% artaraq 15,5 milyon manat olub.
Faiz gəlirlərinin böyük hissəsi 13,4 milyon manatı kreditər üzrə faizlərdən əldə edilib – bu məbləğ isə 2,4 milyon manat və ya 21,7% artıb.
Daha 1,9 milyon manat isə bank qiymətli kağızlara yatırımdan əldə edib – ötən illə müqayisədə 500 min manat artıq.
Əmanətlərə görə ödənilən məbləğlər 60% artıb
Bankın faiz xərclri də təqribən 56% artaraq ötənilki 2,9 milyon manatdan bu il 4,5 milyon manata yüksəlib. Faiz xərclərinin təqribən yarısı – 2,1 milyon manat bankdakı əmanətlər üzrə ödənilən faizlərdir - 60% artım. 2,1 milyon manat isə digər faiz xərclərinə sərf edilib.
Nəticədə 2022-ci ilin 1-cirübünün yekununda bankın xalis faiz gəliri 10,9 milyon manat olub. Bu ötən illə müqayisədə 1,3 milyon manat və ya 14% artıqdır.
Müştəri aktivliyi yüksəlib
Bu ilin 1-ci rübündə «Rabitəbank»ın qeyri-faiz gəlirləri kəskin artaraq 6 milyondan 10 milyon manata yüksəlib – 66% artım.
Bankın göstərdiyi xidmətlər üzrə əldə etdiyi haqq və komissiya gəlirləri 2 qat artaraq 3,6 milyon manatdan 7,2 milyon manata yüksəlib. Qeyd edək ki, haqq və komissiya gəlirləri bankın müştərilərinin aktivliyinin əsas göstəricilərindən biridir.
Bu dövrdə «Rabitəbank» valyuta ilə əməliyyatlardan 1,4 milyon manat əldə edib – ötən illə myqayisədə 40% artıq.
Xalis mənfəəti 45% artıb
2022-ci ilin 1-ci rübünən yekunlarına görə, «Rabitəbank»ın qeyri-faiz xərcləri 6 milyon manat və ya 60% artaraq 15,4 milyon manata çatıb. Belə kəskin artım ümumi və nizibati xərclərin hesabınadır – təqribən 3 dəfə artaraq 2,4 milyon manatdan 7,1 milyon manata yüksəlib.
Nəticədə «Rabitəbank» bank cari ilin 1-ci rübünü 5,7 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Bu məbləğdən 626 min manat məcburi ehtiyatlar üçün ayrılıb. Beləliklə bank 1-ci rübü 5073 min manat xalis mənfəətlə bağlayıb. Bu ötən illə müqayisədə 45% artıqdır. Xatırladaq ki, ötən ilin 1-ci rübündə bankın xalis mənfəəti 3,5 milyon manat olmuşdu.
Bütün növ kreditərdə artım baş verib
2022-ci ilin 1-ci rübünün sonunda «Rabitəbank»ın aktivləri 902,8 milyon manat olub. Xatırladaq ki, 2021-ci ilin sonunda bankın aktivlərinin həcmi 1 milyard 17 milyon manat idi. Bu dövrdə bankın kredit portfeli 30 milyon manat artaraq 474 milyondan 503 milyon manata yüksəlib. Biznes kreditləri 18 milyon manat, istehlak kreditləri 7 milyon, ipoteka kreditləri isə 5 milyon manat artıb. Bankın xalis kreditləri isə (ehtiyat ayırmalarından sonra) 470 milyon manat olub.
Qiymətli kağızlara yatırımlar 135 milyona çatıb
Bu dövrdə «Rabitəbank» qiymətli kağızlara yatırımları 34 milyon manat artıraraq 102 milyondan 136 milyon manata yüksəldib. Bankdakı nağd vəsaitlər isə 233 milyon manat təşkil edib.
1-ci rübün sonuna Bankın öhdəlikləri 120 milyon manat və ya 12% azalaraq 798 milyon manat olub.
Bunun 239 milyon manatı fiziki şəxslərin əmanətlərinin, 363 milyon manat isə hüquqi şəxslərin depozitlərnin payına düşüb.
Bankın kapitalı isə 5 milyon manat artaraq 99 milyon manatdan 104 milyon manata yüksəlib.