“Rabitəbank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
Eləcə də bax: Android-lilər üçün şad xəbər: Google Pay indi Rabitəbank kartları üçün də - AKTİVDİR!
FED.az banka istinadən xəbər verir ki, Abbasova Validə Maarif qızının bankdakı payı 27,04%-dən 20,13%-ə kimi azalıb. Əvəzində Bankın Müşahidə Şurasının sədri Nuriyev Zakir Əlibaba oğlunun payı 11,48%-dən 14.45%-ə, Nuriyev Seyran Əlibaba oğlunun payı isə 10,56%-dən 14.51%-ə yüksəlib.
Bankın digər səhmdarları Əliyev Rauf Zeynal oğlu (40,60%) və Nuriyeva Dilarə Nəsrəddin qızının payı (9,11%) isə dəyişməyib.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.(Apa)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.