Bu ilin ikinci rübündə “Rabitəbank”ın mənfəəti ötən illə müqayisədə azalıb. FED.az bankın açıqladığı hesabatına istinadən bildirir ki, bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 44,2% azalaraq 17 mln 483 min manat, faiz xərcləri isə 7 mln 76 min manat olub. Xalis faiz gəlirləri 2,06 dəfə artaraq 10 mln 406 min manata yüksəlib.
Qeyri faiz gəlir və xərclərində isə vəziyyət yaxşı deyil. İlk 6 ayda bankın qeyri-fazi gəlirləri 42,8% azalaraq 4 mln 463 min manat, qeyri-faiz xərcləri 54,1% artaraq 3 mln 536 min manat təşkil edib.Sonda qeyri-faiz gəlirləri bu ilin 2-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə azalaraq 926 min manata enib.
Yekunda, bu ilin 2-ci rübündə xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azalaraq 311 min manata enib. Bunun 102 min manatı birinci rübdə, 209 min manat isə 2-ci rübdə əldə edilib. Xatırladaq ki, bank 2017-ci ilin 2-ci rübünü 421 min manat mənfəətlə başa vursa da , 2017-ci ilin yekunu üzrə bankın mənfəəti olmayıb və ili 11 563 min manat zərərlə başa vurub.
Rabitəbankın “Balans” hesabatına əsasən FED.az xəbər verir ki, bankın cəmi aktivləri ötən ilin 2-ci rübünə nəzərən 6,6% artaraq 712 mln 492 min manata çatıb. Kredit portfeli 36,7% artaraq 263 mln 344 min manat olub. Cəmi öhdəliklər 7,5% artaraq 625 mln 709 min manat təşkil edib.Məcmu kapital ötən rübə nisbətən 0,8% artaraq 86 mln 783 min manata çatıb.
"Rabitəbank"ın mənfəəti azalıb – YARIMİLLİK HESABAT
16:59
25 İyul 2018