Bahar fəsli yeni başlanğıcların və yeni fürsətlərin mövsümüdür. Rabitəbank da bu mövsümü müştəriləri üçün daha rahat maliyyə imkanları yaradan xüsusi “Bahar kampaniyası” ilə qarşılayır.
“Kartmane” taksit kartı istifadəçiləri üçün - “Novruz Payı” kampaniyası
Kampaniya çərçivəsində müştərilər 50 000 AZN-dək nağd pul kreditini illik cəmi 9.5%-dən başlayan faiz dərəcəsi, 48 ayadək müddətə və 0% komissiya ilə əldə edə biləcəklər. Bu sərfəli şərtlər müştərilərə gündəlik maliyyə ehtiyaclarını qarşılamaq, şəxsi planlarını həyata keçirmək və gələcək məqsədlərinə daha rahat çatmaq imkanı yaradır.
Kampaniya müştərilərə əlavə üstünlüklər də təqdim edir. Belə ki, digər banklarda daha yüksək faizlə götürülmüş kreditlərini Rabitəbanka köçürən müştərilər üçün faiz dərəcəsinə əlavə 3% endirim tətbiq olunur və bu zaman kredit 0% komissiya ilə rəsmiləşdirilir. Bundan əlavə müştərilər kredit üçün yalnız filiallara müraciət etməklə kifayətlənməyərək, “Rabita Mobile” mobil tətbiqi və onlayn müraciət platforması vasitəsilə də rahat şəkildə sifariş edə bilərlər.
“Bahar kampaniyası” çərçivəsində təqdim olunan xüsusi şərtlərdən 1 aprel 2026-cı il tarixinədək yararlanmaq mümkündür.
Bahar yalnız təbiətin deyil, həm də arzuların çiçək açdığı mövsümdür. Rabitəbank isə bu mövsümü sizin üçün daha sərfəli və daha əlçatan edir. Fürsəti dəyərləndirin və planlarınızı sonraya saxlamayın. https://rbt.az/isthlk
Bununla yanaşı, Rabitəbank Kartmane Taksit kartı istifadəçiləri üçün “Novruz Payı” kampaniyasını da təqdim edir ki, bu kampaniya çərçivəsində müştərilər gündəlik və onlayn alışlarını 0% komissiya ilə taksitə bölmək imkanından yararlana bilərlər. “Bahar kampaniyası” çərçivəsində nağd pul krediti rəsmiləşdirən müştərilərə Kartmane Taksit kartı da hədiyyə olunur. https://rbt.az/novruzpayi
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.












