"RabitəBank" ASC 2017-ci ili 11 milyon 563 min manat zərər ilə bağlayıb.
FED.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın faiz gəlirləri 25 milyon 513 min manat, qeyri-faiz gəlirləri 14 milyon 287 min manat olub. Bankın xalis gəlirləri 20 milyon 45 min manat təşkil etsə də, 11 milyon 479 min manat inzibati xərclərə və 20 milyon 128 min manat ehtiyatlara ayırmaya görə, Bank ötən il zərər edib. Ümumilikdə isə aktivlər üzrə mümkün zərərin bağlanmasına ayırmalar 4 milyon manat azalsa da, zərər cəmi 1 milyon 300 min azalıb.
Qeyd edək ki, "RabitəBank" ASC 2016-ci ili 12 milyon 873 min manat zərər ilə yekunlaşdırmışdı. Həmin il Bankın cəmi gəlirləri isə 43 milyon 767 min manat, ehtiyatlara ayırmalar 24 milyon 391 min manat idi.