Cari ilin mayında “Rabitəbank” ASC-yə digər bankdan transfer alan departament direktoru üç ay sonra öz istəyi ilə istefa verib.
Eləcə də bax: BOKT-un rəhbəri dəyişdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, vəzifəsindən gedən “Rabitəbank”ın Daxili nəzarət departamentinin direktoru Elnur Vəliyevdir.
“Rabitəbank”ə tərk edəndən sonra vəzifəsi vakant kimi qalıb.
E.Vəliyev, üç ay öncə “Unibank” ASC-dən bu bankda transfer olmuşdu. O, “Unibank”da da uzun müddət deyildi təyinat almışdı. 2020-ci ilin avqustundan cari ilin mayına qədər “Unibank”ın Risklərin idarəedilməsi departamentinin direktor müavini kimi çalışmışdı.
2018-ci ilin iyunundan 2019-cu ilin dekabrına qədər Risklərin idarəedilməsi departamentinin direktoru kimi çalışmışdır.