"Rabitəbank"da səhmdarların strukturunda dəyişikliklər olacaq. FED.az xəbər verir ki, bu dəyişikliklər əsasən səhmdarların pay strukturunda qeydə alınacaq.
"Rabitəbank"ın Müşahidə şurasının sədri Zakir Nuriyevin sözlərinə görə, birbaşa hissədə onun səhm payı azalsa da, ümumilikdə səhm paketində isə dolayısı ilə olsa da yenə də Nuriyevlər səsçoxluğuna malik olacaq. "Biz bankın kapitalının 101 milyona çatmasını və aqressiv kreditləşmə siyasətinəbaşlamağı qərar vermişik. Bank kerdit portfelini 2 dəfə artıracaq". Ona görə də struktur islahatları qaçılmazdır" Onun sözlərinə görə, bankın idarə heyətinin müavini, direktoru vəzifəsinə yeni kadrlar gətirlib.
Rabitəbankda səhm paketi, müavin, direktor dəyişdi

16:48
9 Fev 2018