Rabitəbank ASC müştərilərə bank hesabı açmadan və sərfəli tariflərlə dünyanın istənilən ölkəsinə, eləcədə ölkədaxili “Barat” pul köçürmələri üzrə xidmətlər təklif edir.
İndi istənilən şəxs Rabitəbank-ın beynəlxalq və ölkədaxili sürətli pul köçürmələri sistemindən istifadə etməklə həm bir neçə saniyə ərzində dünyanın istənilən ölkəsinə pul köçürə, həm də 30 dəqiqə danışıq vaxtı hədiyyə qazanmaq imkanını əldə edir.
Belə ki, xarici köçürmələr edən və vəsaiti alan müştərilərin hər birinə, həmçinin eManat terminalları vasitəsilə Barat pul köçürmələri edən müştərilərə məbləğdən asılı olmayaraq 30 dəqiqəlik “Azercell” mobil danışıq dəqiqələri hədiyyə edilir.
Hədiyyəni əldə etmək üçün eManat terminalı vasitəsi ilə köçürmə edən müştərilər köçürmə qəbzini istənilən filiala təqdim etməklə 30 dəqiqəlik “Azercell” mobil danışıq dəqiqələri hədiyyə alırlar.
Kampaniya 31.12.2016 –ci il tarixinədək davam edir.
Qeyd etmək istəyirik ki, Rabitabank ASC, ölkə daxilində 24 saat istәnilәn eManat terminalları vasitəsi ilə pul vəsaitlərini təcili köçürmək imkanı verir.