Rabitəbank Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və bankın yaranmasının 30 illiyi münasibətilə həyata keçirdiyi korporativ sosial layihələrindən daha birini həyata keçirib.
FED.az xəbər verir ki, bank “Respublika Fənn Olimpiadaları”nda iştirak edərək uğur qazanmış Şəki Kimya-Biologiya Təmayüllü Liseyin 9-cu və 11-ci sinif şagirləri ilə görüş keçirərək onları hədiyyələr və sertifikatlarla mükafatlandırıb.
Qeyd edək ki, liseyin şagirdləri coğrafiya, biologiya, kimya, informatika fənnləri üzrə 9 bürünc, 4 gümüş, 1 qızıl medal olmaqla ümumilikdə olimpiadada 14 medal qazanaraq yüksək nəticə əldə ediblər.
Xatırlatmaq istərdik ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.