“Rabitəbank” ötən ilin birinci yarısı ilə müqayisədə bu il qiymətli kağızlara investisiyanı 2 dəfəyə yaxın azaldıb.
Bank qiymətli kağızlara marağın azalmasını FED.az –a belə izah edib.
Bankdan verilən məlumatda qeyd olunur ki, Rabitəbankın qiymətli kağızlara investisiyası qısa müddətli likvidliyin səmərəli idarə edilməsi məqsədi dayışır. Belə ki, kiçik və orta biznes subyektlərinə kreditlərin verilməsi və bütövlükdə kreditləşmədə yaşanan aktivlik, bankın qiymətli kağızlara investisiyasının azalmasına səbəb olub.
Bankın Qiymətli kağızlara investisiyaların mühüm hissəsi Azərbaycan Respublikası Mərkəzi Bankın qısamüddətli notlarından ibarətdir. Eyni zamanda qiymətli kağızlar portfelində investisiya reytinqinə malik olan maliyyə sektorunun qiymətli kağızları olduğu bildirilib.
Məlumat üçün bildirək ki, ötən ilin birinci yarısında Rabitəbank qiymətli kağızlara 76 mln 158 min manat investisiya etdiyi halda, bu ilin birinci yarısında bu göstərici 2 dəfəyə yaxın azalaraq 39 mln 983 min manat təşkil edib.