“Rabitabank” ASC-nin Kredit və bazar risklərinin idarə edilməsi şöbəsinə Biznes analitik vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Departamentlərə tələblərinə uyğundata toplanma, təhlil və layihə menecmenti ilə analitik dəstək göstərmək;
- Gündəlik hesabatlılığın icrası, depozit, kart, kredit və digər bank məhsul və xidmətlərinə yönəlik prediktiv modellərin, test qruplarının hazırlanması, mütəmadi yoxlanılmasını təmin etmək;
- Məhsullar üzrəmüştərilərin qalma və şirkəti tərk etmə (churn/retention), mənfəət/zərər (cost/benefit) analizlərinin aparılması;
- Müştərilərinbank məhsul ve xidmətləri üzrətranzaksiyalarını analiz etmə və daha sonrakı seqmentasiya və təsnifləndirmə (clustering) işlərinin aparılması;
- Xətti və qeyri xətti (Linear and non-linear) modellər,təsnifləndirmə (clustering), optimizasiya və prediktiv analitika kimi metodlarınıntətbiqi;
- Strateji qərarların verilməsində və dəyişdirilməsində, habelə əsas bizneslə bağlı fəaliyyətlərin dəstəklənməsi məqsədiylə data və statistik analizlərin aparılması;
- Biznes strukturlarıvə rəhbərlik üçün Tableau kimi vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması;
- Birbaşavə çarpaz satışın təşkili üçün fərdiləşdirilmiş marketinq kampaniyalarının keçirilməsində dəstək göstərmək.
Vəzifəyə olan tələblər:
- Yüksək səviyyəli riyazi və analitik biliklər;
- Riyaziyyat, Statistika, analitika yönümlü biznes ixtisasları üzrə təhsil;
- Bankçılıq, maliyyə planlaması, risk menecmenti, biznes proseslər menecmenti sahələri üzrə ən azı 1 illik iş təcrübəsi;
- Analitik texnikilar, SQL və ya digər strukturlu proqramlaşdırma dilləri üzrə, həmçinin Excel üzrə mükəmməl bilik;
- R və ya Python proqramlaşdırma dilləri üzrə real iş təcrübəsi arzuolunandır;
- Problemlərə kompleks və məntiqi yanaşma bacarığı;
- Dəqiqlik və detallara qarşı diqqətlilik;
- Yaxşı şəxsi keyfiyyətlər və komanda tərkibində işləmə qabiliyyəti;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Biznes analitikgöstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33