“Rabitabank” ASC İT Təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.
Əsas vəzifələr:
• Bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə Baş Ofis və filiallarda monitorinq həyata keçirmək;
• Ödəniş kartları komponentləri və məlumatlarına avtorizasiya olunmamış çıxış mümkünlüyünün istisna olunması;
• Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanması;
• Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması tədbirlərini görülməsi;
• İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, analizi və ümumiləşdirilməsi;
• Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi;
• İT hadisəsi haqqında alınmış informasiyanın analizin həyata keçirilməsi və onun təsnifatı;
• Təsvir olunmuş reqlamentlərə müvafiq olaraq İT insidentlərinə vaxtında reaksiya verilməsinin təmin edilməsi;
• Qeyri-standart İT vəziyyəti /insidenti baş verdikdə birbaşa rəhbərin dərhal məlumatlandırılması və həmin insident aradan qaldırılması əməliyyatlarının işlənib hazırlanması;
• İT insidentlərinə reaksiya verilməsi reqlamentinə yenidən baxılması və onun aktual vəziyyətdə saxlanması;
• İstifadəçilərin hüquqlarının dəyişdirilməsi / istifadəçilərin ləvğ olunması və ya yaradılması;
• Windows, Unix/Linux, istifadəçilərinin uçot qeydlərinin çoxsaylı bloklanmaların uçotu;
• Şəbəkə təhlükəsizliyi avadanlıqlarının konfiqurasiyası və monitorinq olunması;
• İnfrastrukturda olan boşluqların aşkar olunması və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi;
• Antivirus proqram təminatının saz vəziyyətdə olmasına nəzarət;
• Sektorun ən yaxşı təcrübələrinə(ISO, ISACA, SANS, NIST və s.) və tənzimləyici orqanların tələblərinə (ARMBNP, ARMB, CERT, PCI DSS, VISA/Mastercard, və s.) əsasən İnformasiya Təhlükəsizliyi və İT Risk idarə edilməsi üzrə çərçivənin inkişaf etdirilməsi, tətbiq edilməsi və monitorinqi;
• İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, və qaydaların işlənib hazırlanması;
• Tənzimləyici orqanlar ilə işgüzar əlaqələrin saxlanması(ARMBNP, ARMB, CERT, PCI DSS, VISA/Mastercard, və s.);
• Üçüncü tərəflər, vendorlarla idarə etmə proqramlarının, İnsident cavablandırma planının, Biznes Davamlılığı Proqramının inkişaf etdirilməsi və saxlanılmasının təmin edilməsi;
• İşçilərin İnformasiya təhlükəsizliyi sahəsində məlumatlandırılması ilə bağlı treyninqlərinin keçirilməsi.
Namizədə olan tələblər:
• Müvafiq sahə üzrə ali təhsil;
• Məxfilik, diqqət, analiz etmək;
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Qərarvermə və problem həlletmə qabiliyyəti;
• Azərbaycan və rus dillərində sərbəst ünsiyyətqurma qabiliyyəti;
• İT sahəsində ən azı 5, İnformasiya Təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi;
• İnformasiya təhlükəsizliyi sahəsində biliklər (ISO, ISACA, SANS, NIST və s.);
• İnformasiya texnologiyaları idarə edilməsi və İT idarəetmə çərçivəsi üzrə biliklər (COBIT, ITIL və s.);
• Müvafiq sahə üzrə tənzimləyici orqanların normativ hüquqi sənədlərini bilmək (ARMBNP, ARMB, CERT, PCI DSS, VISA/Mastercard, və s.);
• İT sistemlər üzrə biliklər (Windows/*nix OS, Virtualization technologies, Network technologies, Network Firewalls, IDS/IPS, WAF, SIEM, DLP, Endpoint Security və s.).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İT Təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33