Rabitəbankın İT Təhlükəsizliyi şöbəsinə mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edilir!
Vəzifə öhdəlikləri:
- İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin planlanmasını təmin edilməsi;
- İnformasiya təhlükəsizliyi insidentlərinə müdaxilə və onların idarə olunması;
- İnformasiya təhlükəsizliyinə dair prosedurların , mexanizmin və ölçmə meyarlarının test olunması;
- İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
- İşçi heyyətinin informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak edərək hesabatın hazırlanması;
Namizədə tələblər:
- Texniki sahədə ali təhsil (İT sahəsində sertifikatlara malik şəxslərə üstünlük verilir);
- Azərbaycan, Rus və Ingilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
- IT sahəsində 1 ildən az olmayan iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir);
- İnformasiya təhlükəsizliyi sahəsində standartlar və digər tələblər üzrə biliklərə malik olması;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik, analitik düşünmə qabiliyyəti, problemlərin effektiv həll olunması və ehtiyacların prioritetləşdirilərək müəyyən olunması;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Şəbəkə avandıqlarının (router, switch, access point və.s) əsas parametrlərinin nizamlama aid biliklər;
- Proqramlaşdırma dillərindən hər hansı birini bilənlərə üstünlük veriləcək.
CV-lərinizi [email protected] mail ünvanına İT təhlükəsizliyi şöbəsinin Mütəxəssisi başlığı altında göndərə bilərsiniz.