Fed.az xəbər verir ki,"Rabitəbank" işçi axtarır.
Vakansiya : Baş mühasibin müavini
Vəzifə öhdəlikləri:
• Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergi orqanlarına təqdim olunan hesabatların hazırlanması;
• Departamentin işçiləri tərəfindən aparılan mühasibat yazılışlarının yoxlanılması və təsdiqlənməsi;
• Əməliyyat günü ərzində balansın açılması və bağlanmasının təmin edilməsi;
• Əsas vəsaitlərin uçotunun aparılması;
• İşçilərə ödənilən əmək haqqının, habelə digər ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
• Zərurət yarandıqda beynəlxalq audit şirkətləri ilə işləməsi;
• Strukturun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi və s.
Eləcə də bax : "Ziraat Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "Unibank" işçi axtarır - VAKANSİYA
Namizədə qarşı tələblər:
• Ali təhsilli olması (iqtisadiyyat və maliyyə sahəsi arzuolunandır);
• Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir;
• Banklar haqqında qanunvericiliyə müvafiq olaraq məqbul və lazımi keyfiyyətlərə malik olması;
• Bank mühasibatlığında ən azı 5 illik iş təcrübəsinin olması;
• Vergi və bank fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməsi.
Davranış səriştələri:
• İdarəetmə və liderlik qabiliyyəti;
• Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
• Öz-üzərində işləməyə və şəxsi inkişafına meyilli olması
• Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
• Təşəbbüskarlıq, operativlik və məsuliyyətlilik kimi mübət keyfiyyətlərə malik olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Baş mühasibin müavini göstərməyiniz xahiş olunur.