“Rabitəbank” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, səhmdarlarının illik ümumi yığıncağı 9 fevral 2021-ci il tarixli 18 nömrəli qərarına əsasən 1 aprel 2021-ci il saat 17.00-da keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Bankın 2020-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi.
2. Bankın audit komitəsinin hesabatının təsdiqi.
3. “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin səhmlərinin emissiyası.
4. Təşkilati məsələlər.