Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi münasibətilə ötən illərdə olduğu kimi bank bu il də Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Mərkəzi Qan Bankı ilə birlikdə könüllü qan donorluğuna dəstək tədbiri kimi, qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyasını keçirdi.
FED.az xəbər verir ki, Rabitəbank-ın 28 May, 33 ünvanında yerləşən baş ofis əməkdaşlarının könüllü şəkildə iştirak etdiyi aksiyada toplanan qanlar Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqların müalicəsinə kömək məqsədilə istifadə ediləcək.
Məlum olduğu kimi, ölkəmizdə talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. Rabitəbank-ın rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, belə təşəbbüskar aksiyalardada könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Sözügedən aksiyanın da əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və mütəmadi olaraq hər ay qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək olmaqdır.
Tədbir Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının tam nəzarəti altında və könüllü donorlar üçün yaradılmış müvafiq şəraitdə keçirilib.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.