«Rabitə Bank» birinci rübün nəticələri ilə bağlı hesabatını açıqlayıb. FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 9 milyon 892 min manat, faiz xərcləri 2 milyon 593 min manat təşkil edib.
Birinci rübdə «Rabitə Bank» qeyri-faiz əməliyyatlarından 2 milyon 636 min manat əldə edib, qeyri-faiz xərcləri isə 6 milyon 663 min manat olub.
Bank yaradılmış ehtiyyatlar üçün 13 min 520 manat vəsait ayırıb. Nəticədə bankın xalis mənfəəti 3 milyon 258.2 min manat təşkil edib.
Eləcə də bax : Banklarda dollar-avro neçəyədir? – MƏZƏNNƏ, SİYAHI
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 31.8 dəfə çoxdur. Xatırladaq ki, «Rabitə Bank» 2018-ci ilin birinci rübünü 102 min 421 manat mənfəətlə başa vurmuşdu.
Bankın kredit portfeli artıb, depozit portfeli isə azalıb. Ötən ilin son rübü ilə müqayisədə bankın kredit portfeli 5% artaraq 340 milyon 834 min manata çatıb. «Rabitə Bank»ın depozit portfeli isə 10.9% azalaraq 539 milyon 306 min manata enib.
2019-cu ilin birinci rübündə «Rabitə Bank»ın aktivləri azalıb, kapitalı isə artıb. Bankın aktivləri 2018 – ci ilin son rübü ilə müqayisədə 7% azalaraq 717 milyon 955 min manata çatıb. «Rabitə Bank»ın kapitalları isə ötən ilin son rübü ilə müqayisədə 3.8% artaraq 93 milyon 223 min manata çatıb.
«Rabitə Bank»ın vəziyyəti məlum oldu – HESABAT
11:01
25 Aprel 2019