Ölkənin ən böyük xidmət şəbəkəsinin sahibi olan “Kapital Bank”ın Koordinasiya və təhlil şöbəsinin müdiri digər banka keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı "Banker.az"-a istinadən xəbər verir ki, bu, Aqil Hüseynovdur.
O, “Rabitə Bank” ASC-nin KOB (SME) departamentinə direktor təyin edilib.
A.Hüseynov 14 il ərzində “AGBank”da fəaliyyət göstərib, bunun da son iki ilini departament rəhbəri vəzifəsində çalışıb.