«Rabitabank» 2020-ci ilin ilk yarısının nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən bildirir ki, ilk 6 ayda bankın faiz gəlirləri 22 milyon 894 min manat olub. Bu əvvəlki idlin eyni dövrü ilə müqayisədə 13,3% artıqdır.
Banklar 2020-ci ilin II rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bu dövrdə bankın faiz xərcləri də 14,8% artaraq 5 976 min manat olub. Nəticədə bank ilk yarım ili 16,92 milyon manat mənfəətlə başa vurub. Bankın qeyri faiz gəlirləri isə bu dövrdə 34,6% artaraq 6,3 milyon manata yüksəlib.
Bankda əmək haqları azalıb
Qeyri-faiz xərcləri isə 8,9% artaraq 13,94 milyon manat olub. Bu xərclərin artımı inzibati xərclərin artımı hesabına baş verib. Ötən ilin eyni dövründə 2,64 milyon manat olan inzibati xərclər bu ilin ilk yarısında 81% artaraq 4,8 milyon manata yaxınlaşıb.
Əmək haqqı xərclərində isə azalma var. Bu ilin ilk yarısında Bankda 6 834 min manat əmək haqqı ödənilib ki, bu da ötən illə müqayisədə 370 min manat və ya 5,1% azdır.
Kreditlərlə bağlı narahatlıq «mənfəəti yeyib»
İstənildən halda bank ilk yarım ili 9,22 milyon manat əməliyyat mənfəəti ilə başa vura bilərdi, amma ilku 6 ayın nəticəsi olaraq «Rabitabank» mümkün zərərlər üzrə 7,5 milyon manat ehtiyat yaratmalı olub. Bu – bankın kredit portfelində pisləşmənin olduğunu göstərir.
Xalis mənfəəti 3 dəfə azalıb
Nəticədə bankın ilk yarım ili 1 milyon 774 min manat xalis mənfəətlə başa vurub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,06 milyon manat və ya 2,7 dəfə azdır. Digər maraqlı məqam ondadır ki, bu mənfəətin 1 milyon 129 min manatı birinci rübdə, 645 min manatı isə ikinci rübdə əldə edilib.
Bank böyüyüb, kreditləri artıb
İlk yaprım ildə «Rabitabank»ın aktivləri 186,2 milyon manat və ya 25,1% artaraq 926,1 milyon manat olub. Bu dövrdə bankın müştərilərə kreditləri 1,8% artaraq 359,4 milyon manat təşkil edib.
Aktivlərin artımı nağd vəsaitlərin və banklardakı depozitlərin hesabına olub. Nağd pul vəsaitləri 127 milyon manat və ya 73,5% artaraq 220,3 milyon manata yüksəlib. Banklardakı depozitlər isə 87 milyon manat artaraq 241,9 milyon manat təşkil edib.
Öhdəlikləri artıb, kapitalı azalıb
İlk yarım ildə «Rabitabank»ın öhdəlikləri 190 milyon manata yaxın artaraq 638 milyon manatdan 828 milyon manata yüksəlib. Belə böyük artım depozitlərin hesabına baş verib - 149 milyon manat. Bankın kapitalı isə 3,6 milyon manat azalaraq 97,8 milyon manata düşüb.