“Rabitabank” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə katibi Nərmin Seyidova vəzifəsindən gedib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, onun yerinə isə, bu günə qədər reklam şirkətində çalışan Gülşən Həsənzadə təyin olunub.
Eləcə də bax: “AccessBank” rəhbərliyinə yeni üzv - TƏYİN EDİLİB
Nərmin Seyidova Rabitəbank-da çalışmamışdan əvvəl Azərbaycan Yelkənli İdman Federasiyasında, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında çalışıb, “Azərbaycan Mədəniyyət, İncəsənət və Elm evi” Gənclər Evi Sosial İnkişaf Proqramının, “Eurovison” mahnı müsabiqəsinin rəsmi fan-klubunun PR rəhbəri olub.