FED.az xəbər verir ki, “Rabitabank” ASC Marketinq departamentinə Reklam üzrə menecer vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
Marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştirak etmək;
Marketinq kampaniyalarının hazırlanmasında, tətbiqində və geniş auditoriyaya çatdırılmasına aktiv dəstək göstərmək;
Kontent, eləcə də, kommunikasiya üçün təkliflər vermək və monitorinqini aparmaq;
Ənənəvi kanallarda brend qaydalarına və öncədən müəyyənləşmiş hədəflərə uyğun olaraq bankın təmsil olunmasını təmin etmək;
Bankın brendinin gücləndirilməsi və imicinin yüksədilməsi üzrə tədbirləri hazırlamaq və həyata keçirmək.
Bankın paytaxt və region filialları daxilində, eləcədə də, xaricindəki reklam daşıyıcılarının effektiv və faydalı işləməsini təmin etmək
Bank məhsullarını aidiyyatı departamentlərlə işləyib, hazırlamaq və bütün kanallarda effektiv yerləşdirilməsini təmin etmək.
Namizədə olan tələblər:
• Ali təhsil;
• Marketinq / PR sahəsində azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini səlis, ingilis dilini qənaətbəxş səviyyədə bilmək;
• Bankda iş təcrübəsi arzuolunandır;
• Yaradıcı və təşəbbüskar olmaq;
• Stressli şəraitdə işləmə bacarığı;
• Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
• Layihələrin idarə edilməsi bacarığı;
• Yüksək kommunikasiya, təqdim etmə və yazılı ünsiyyət qurma bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Reklam üzrə menecer göstərməyiniz xahiş olunur.