Gündən-günə yeni kampaniyalar ilə müştərilərinə üstünlüklər qazandıran “Rabitəbank” ASC, yeni bonus kampaniyalarını təqdim edir.
Eləcə də bax: "Rabitəbank"dan - “İnvoysların Maliyyələşdirilməsi” krediti!
Ən sürətli pulköçürmə əməliyyatlarından biri olan “Zolotaya Korona” ilə Rabita Mobile üzərindən ilk dəfə olaraq minimum 500 AZN pulköçürmə əməliyyatları edən müştərilərin Kartmane kartına birdəfəlik 5 AZN məbləğində bonus yüklənəcək.
Digər yeni kampaniya isə "Kredit ödənişləri" ilə bağlıdır.
18 iyul-30 sentyabr 2022 tarixlərində Rabita Mobile ilə ilk dəfə kredit ödənişi edəcək fiziki şəxslər hər ay 3 AZN olmaq ümumi 9 AZN bonus qazanmaq şansına sahib olacaq.
Kampaniyanın detalları: https://rbt.az/Pay
Rabita Mobile tətbiqetməsini endirmək üçün: https://rbt.az/RBM
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.