Türkiyə kapitallı "Ziraat Bank Azərbaycan" I rüb üzrə maliyyə nəticələrini elan edib.
FED.az xəbər verir ki, hesabat dövründə 13 milyon 917 min manat faiz gəliri əldə edib.
Gəlirlərin 10 milyon 796 min manatı kreditlərdən əldə edilən gəlirlərin hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 2 milyon 190 min manat (19%), kreditlər hesabına əldə edilən faiz gəlirləri isə 1 milyon 771 min manat (20%) artıb.
Bu dövrdə faiz xərcləri 6 milyon 398 min manat olub ki, bu da illik müqayisədə 2 milyon 613 min manat və ya 69% çoxdur. Bunun da böyük hissəsi - 3 milyon 996 min manatını depozitlər üzrə faiz xərcləri təşkil edib. Bu da illik 983 min manat (33%) artıqdır.
“ZiraatBank Azərbaycan”ın xalis faiz gəlirləri 7 milyon 519 min manat təşkil edib.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 5 milyon 32 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 1 milyon 422 min manat (39%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 1 milyon 291 min manat (25%) artaraq 6 milyon 471 min manata, ) əmək haqqı və digər kompensasiya növləri üzrə xərcləri 863 min manat (43%) artaraq 2 milyon 880 min manata yüksəlib.
Bu dövrdə bankın əməliyyat mənfəəti də 6 milyon 81 min manat olub
“ZiraatBank Azərbaycan” ötən ili ümumilikdə 3 milyon 572 min manat xalis mənfəət ilə başa vurub. ötən ili 678 min manat mənfəət vergisi ödəyib.
"Ziraat Bank Azərbaycan"ın aktivləri 2025-ci ilin I rübündə 909 milyon 242 min manat təşkil edib.
Bankın kredit portfeli 574 milyon 721 min manat təşkil edib ki, bu da illik müqayisədə 45 milyon 7 min manat (8%) artıb.
Bu dövrdə bankın öhdəlikləri 771 milyon 307 min manata bərabər olub.
"Ziraat Bank Azərbaycan" bu dövrdə 472 milyon 158 min manat depozit portfelinə malik olub. Onun da 179 milyon 386 manatı fiziki, 206 milyon 436 manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2024-cü ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 13 milyon 684 min manat (7%) artıb.
"Ziraat Bank Azərbaycan" 2025-ci ilin ilk rübündə 137,9 milyon manat kapitala malik olub ki, bu da illik müqayisədə 4,4 milyon manat və ya 3% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 3 milyon 575 manat və ya 6% artaraq 61 milyon 296 min manat təşkil edib.