Ziraat Bank Azərbaycan, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) ilə əməkdaşlığı çərçivəsində 2023-cü il üzrə aşağı faizli ipoteka kreditlərinin verilməsinə başlamışdır.
"Ziraat Bank Azərbaycan" - 2022-Cİ İLİ UĞURLA YEKUNLAŞDIRDI
FED.az xəbər verir ki, bank tərəfindən bildirilən məlumata əsasən müştərilərə aşağı faizli ipoteka kreditləri adi və güzəştli növlərdə təqdim edilir. Adi ipoteka krediti üzrə maksimal məbləğ 150 000 AZN, faiz dərəcəsi isə 7% təşkil edir. Güzəştli kateqoriya üçün nəzərdə tutulmuş Güzəştli ipoteka kreditlərində isə maksimal məbləğ 100 000 AZN, faiz dərəcəsi isə 3,7% təşkil edir. 18 yaşına çatmış, gəliri rəsmi sənədlə təsdiq edilmiş, Fond tərəfindən tələb olunan şərtlərə cavab verən İpoteka kreditini Ziraat Bank Azərbaycan vasitəsilə əldə etmək istəyən Azərbaycan vətandaşları Elektron Hökumət portalında Fondun müvafiq sistemində Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) ilə qeydiyyatdan keçərək, sistem tərəfindən onlara verilən aktivasiya kodu ilə bankın istənilən filialına yaxınlaşaraq müraciətlərini aktivləşdirməklə arzu etdikləri mənzili sahiblənə bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.