Ləğv edilmə prosesində olan “Zaminbank” ASC-yə məxsus daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mayın 19-da hərrac keçiriləcək.
Eləcə də bax: Azərbaycanda bankın Qubada yerləşən əmlakı - SATIŞA ÇIXARILIR
Əmanətlərin Sığortalanması Fondundan FED.az-a verilən məlumata görə, hərrac mayın 19-da saat 12-də başlayacq.
Sözügedən əmlak – Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 1171-ci məhəllə, 25A ünvanında yerləşən qeyri-yaşayış binasıdır.
Bina ümumilikdə 364.5 kvadratmetr sahədə yerləşir, burada qeyri-yaşayış sahəsi 2810 kvadratdır. Hazırda bina təmirli vəziyyətdədir.
Hərracda iştirak üçün ərizələrin qəbulu aprelin 18-də başlayıb və mayın 18-dək davam edəcək. Hərrac saat 12-də başlayıb 17-də bitəcək.
Hərracın keçirilmə yeri - Bakı şəhəri, Xətai rayonu, Babək pr.,16, mərtəbə 1, otaq 113-dür.
«Zaminbank» ASC-nin daşınmaz əmlakının - İLKİN ICARƏ QIYMƏTI VƏ MÜRACIƏT