II rübdə "Yelo Bank"ın kredit portfeli 846 milyon 740 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bunun da 239 milyon 103 min manatı istehlak kreditlərinin, 529 milyon 760 min manatı biznes kreditlərinin, 77 milyon 877 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi kredit portfeli 82 milyon 430 min manat (11%), istehlak kredit portfeli 31 milyon 466 min manat (15%), biznes kreditlərinin həcmi 46 milyon 632 min manat (10%), ipoteka kreditlərinin həcmi 4 milyon 333 min manat (6%) artıb.
Bildirək ki, ötən ilin müvafiq dövründə "Yelo Bank"ın cəmi kredit portfeli 764 milyon 310 min manat təşkil edib.
Bunun da 207 milyon 637 min manatı istehlak kreditlərinin, 483 milyon 128 min manatı biznes kreditlərinin, 73 milyon 544 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.