Yelo Bank filial şəbəkəsini artırmaqla xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. “Sədərək” filialı yeni konseptdə təmir edilərək isifadəyə verilən filiallardan sayca üçüncüsüdür.
Filialda müştərilərin rahatlığı üçün bütün detallar nəzərə alınıb. Yeni filial rahatlığı ilə yanaşı, müasirliyi və bankın sloqanına uyğun olaraq parlaqlığı ilə fərqlənir. Konsept özündə müxtəlif xidmət sahələrini nəzərdə tutan – sürətli və fərdi xidmət zonalarını birləşdirir. Filial “Sədərək” Ticarət Mərkəzində yerləşir.
Yeni filiallar Yelo Bankın yeni strategiyasının yalnız bir hədəf istiqamətidir. Dəyişikliklərin əsas məqsədi müştərilərin bankda keçirdiyi hər dəqiqəni yeni bir müsbət təcrübəyə çevirməkdir. Yeni filial konsepti yalnız daxili təmir işləri ilə yekunlaşmır. Həmçinin əməkdaşlar da yeni Yelo dəyərlərini müştərilərə çatdıraraq onlar üçün müsbət əhval-ruhiyyə və dostluq atmosferi yaradacaq.
Bank yaxın zamanda Bakı şəhərində daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq