Yelo Bank Özünüməşğulluq Proqramı çərçivəsində fərdi sahibkarlıqla məşğul olmaq istəyən daha 4 vətəndaşa dəstək oldu. Belə ki, vətəndaşlar Bank tərəfindən bizneslərinin inkişafı üçün lazım olan avadanlıqlarla təmin edilib.
Bankdan FED.az-a verilən məlumata görə, Lənkərandan dərziliklə məşğul olmaq istəyən Məmmədova Gülşən bir neçə xüsusi tikiş maşını ilə, Qənbərov Zaur elektrik dəzgahı və müxtəlif texniki avadanlıqlarla, Əskərov Elçin isə quşçuluq biznesini reallaşdırmaq üçün broyler inkubatroru ilə təmin edildi. Sumqayıt şəhərindən Alıyev Ramin isə avtomobil təmiri üçün nəzərdə tutulmuş elektrik alətləri ilə təmin edilərək arzuladığı sahibkarlıq fəaliyyətini reallaşdırmağa dəstək olundu.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Yelo Bank bu tip sosial layihələrin həyata keçirilməsinin əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət yetirir. Bank özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı bu layihənin reallaşdırılmasına dəstək olmağa davam edəcək.
Qeyd edək ki, Yelo Bank sahibkarlar üçün mikro biznes krediti birbaşa karta köçürmə imkanı da yaradıb. Bunun üçün yalnız bir dəfə banka yaxınlaşaraq kart almaq və krediti rəsmiləşdirmək kifayətdir. Növbəti kredit məbləği üçün banka gəlməyə ehtiyac olmayacaq, vəsait birbaşa karta köçürüləcək.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!