Səbuhi Süleymanlı Yelo Bankın Kreditlərin Bərpası üzrə Baş Direktor vəzifəsinə təyin olunub.
Eləcə də bax: ASB Bank-da yeni - Təyinat Olub
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2003-cü ildə Milli Aviasiya Akademiyasının İnzibati İdarəetmə ixtisasını fərqlənmə ilə bitirən S. Süleymanlı, karyerasına 2005-ci ildə AccessBank-da kiçik kredit mütəxəssisi kimi başlayıb. Burada kredit istiqaməti üzrə özünü inkişaf etdirərərək, 2010-cu ildə filial müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən altı filial şəbəkəsi üzrə Regional Direktor olub. 2018-ci ildə AccessBank-ın Kreditlərin bərpası departamentinin direktoru olaraq böyük nailiyyətlər əldə etdikdən sonra, 2019-cu ildə İcraçi Direktor , 2020-ci ilin yanvar ayından isə Bankda Baş direktor vəzifəsinə təyin edilib.