Məlumata görə, Rəsul Mənsimli Yelo Bank-ın Risk İdarəsi üzrə baş direktoru təyin olunub.
Eləcə də bax: “Günay Bank”ın risk departamentinə - Təyinat - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2013-cü ildə Bakı Dövlət Universitetini Dünya iqtisadiyyatı ixtisası üzrə bitirən Rəsul bəy, karyerasına 2015-ci ildə Unibank`da istehlak kredit riskləri üzrə mütəxəssis kimi başlayıb. 2016-cı ildən 2017-ci ilədək Rəsul bəy, Nikoil Bank`ın əməkdaşı olmuş və risklər üzrə aparıcı mütəxəssisdən Analitika, hesabat və ehtiyatlara nəzarət şöbəsinin müdirinə kimi yüksəlmişdir. 2017-ci ildən Azərbaycan Beynəlxalq Bankında Risklərin idarəedilməsi departamentində direkor müavini olaraq böyük nailiyyətlər və uğurlar əldə etmişdir.