8 sentyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu və Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvləri ilə görüş keçirilib.
Bankdan FED.az-a verilən məlumata görə, görüşdə Qarabağda gedən yenidənqurma işləri ilə bağlı müzakirələr aparılıb, sual-cavab sessiyası təşkil olunub.
Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film nümayiş olunub.
Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi və cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun da həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulanıb.
Tədbirdə iştirak edən Yelo Bankın İdarə Heyəti sədrinin müavini Yaşar Kərimov Bank adından “Qarabağ Dirçəliş Fondunun İanə Sertifikatı”-nı qəbul edib.
Qeyd edək ki, Yelo Bank dəstək məqsədilə fondun hesabına 100 000 manat məbləğində vəsait köçürüb.
Bundan əlavə, Bankın saytında Fonda dəstək olmaq üçün xüsusi bölmə yaradılıb. Siz də Qarabağımızı əvvəlkindən də gözəl görmək istəyirsinizsə, ianələrinizi edə bilərsiniz.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq