“YapıKredi Azərbaycan” ASC 2023-cü ilin II rübünün hesabatını açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 17,1 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon manat, yaxud 41,3% çoxdur.
Faiz xərcləri 1,2 miluyon manat təşkil edib edib ki, Bu da son bir ildə 244 min manat, başqa sözlə 26% çoxdur.
Beləliklə, bankın xalis faiz gəlirləri cari ilin II rübündə 15,9 milyon manat olub. Bu da illik müqayisə ilə 4,7 milyon manat, və ya 42,6% çoxdur.
Bankın qeyri faiz gəlirləri 9,3 milyon manat, qeyri faiz xərcləri 18,1 milyon manat təşkil edib. Gəlirlər son bir ildə 11,3%, xərclər isə 20,5% təşkil edib.
Əmək haqqı digər kompensiya növləri üzrə xərclər 6,3 milyon manat, ümumi inzibati xərclər isə 3,6 milyon manat təşkil edib.
“Yapı Kredi Azərbaycan” 1 milyon 231 min manat vergi ödənişindən sonra II rübü 3 milyon 604 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 2,6 dəfə çoxdur.
Belə ki, bank keçən ilin ilk 6 ayını 1 milyon 361 min manatla başa vurmuşdu.
“Yapı Kredi Azərbaycan” ASC-nın aktivləri ilk altı ayda 429,9 milyon manat olub. Aktivlərin 97,4 milyon manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait, 72,3 milyon manatını ticarət və investisiya qiymətli kağızları təşkil edib.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli 251,3 milyon manat olub. Ötən ilin sonu illə müqayisədə kredit portfelinin həcmi 14,3 milyon manat, 6% artıb.
Bankın öhdəlikləri 341,3 milyon manat olub.Bunun da 303,2 milyon manatını depozitlər təşkil edir. Depozitlərin 83,7 milyon manatını fiziki şəxslərin depozitləri, 219,5 milyon manatını hüquqi şəxslərin depozitləri təşkil edir.
“Yapı Kredi Azərbaycan”in kapitalı 4,5 milyon manat, yaxud 5,3% artaraq 88 milyon 535 min manata çatıb.
Bankın bölüşdürülməmiş mənfəətinin həcmi isə 28 milyon 969 manat olub. Ötən ilin sonunda isə bank 25 milyon 364 min manat mənfəət əldə etmişdi ki, bu da 14,2%-lik artım deməkdir.