"Yapı Kredi Azərbaycan" ASC 2024-cü ilin 1-ci rübünü 2 milyon 472 min manat xalis mənfəət ilə başa vurub.
Bu barədə FED.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
Xalis mənfəət son bir il ərzində 311 min manat və ya 14% artıb.
"Yapı Kredi" hesabat dövründə 921 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə bankın faiz gəlirləri 10 milyon 671 min manat təşkil edib ki, bunun da 7 milyon 245 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 2 milyon 342 min manat və ya 28%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 1 milyon 26 min manat (16%) artıb.
Bundan başqa 985 min manat faiz xərcinin 760 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 387 min manat (65%) və 341 min manat (81%) artıb.
Beləliklə xalis faiz gəlirləri 1 milyon 955 min manat (25%) artaraq 9 milyon 686 min manata yüksəlib.
Bu dövrdə qeyri-faiz gəlirləri 5 milyon 461 min manat, xərcləri isə 4 milyon 275 min manat təşkil edib. 2023-ci ilin sonu ilə müqayisədə gəlirlər 1 milyon 186 min manat (28%), xərclər 2 milyon 440 min manat (28%) artıb.
Əmək haqqı xərcləri isə 3 milyon 949 min manata çatıb. Bu xərclər son bir il ərzində 776 min manat (24%) artıb.
Bundan başqa ümumi və inzibati xərclər 2 milyon 159 min manata, amortizasiya xərcləri isə 894 min manata, digər xərclər isə 4 milyon 136 min manata bərabər olub.
Ümumi və inzibati xərclər 477 min manat (28%), digər xərclər isə 1 milyon 210 min manat (41%) artıb.
2024-cü ilin ilk rübündə "Yapı Kredi Azərbaycan" 544 milyon 335 min manat aktivlərə malik olub.
Aktivlər son bir ildə 29 milyon 474 min manat və ya (6%) artıb.
Cari ilin ilk rübündə "Yapı Kredi Azərbaycan" 298 milyon 461 min manat kredit portfelinə malik olub.
"Yapı Kredi Azərbaycan"ın kredit portfelinin həcmi son 3 ayda 6 milyon 683 min manat (2%) böyüyüb.
Onun da 70 milyon 850 min manatını istehlak, 187 milyon 221 min manatını biznes kreditləri, 40 milyon 389 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-ci iin sonu ilə müqayisədə istehlak kreditləri 2 milyon 836 min manat (4%), ipoetka kreditləri 5 milyon 509 min manat böyüyüb.
Ümumi kredit portfelinin 29 milyon 605 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 268 milyon 856 min manat olub ki, bu da son bir ildə 6 milyon 946 min manat, başqa sözlə 3% artım deməkdir.
"Yapı Kredi Azərbaycan"ın öhdəlikləri 27 milyon 297 min manat (7%) böyüyərək 398 milyon 483 min manata çatıb.
Bankın depzoit portfeli də böyüyüb. Belə ki, ümumi depzoit portfeli 390 milyon 410 min manat təşkil edib. Onun da 100 milyon 328 min manatını fiziki, 290 milyon 91 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 10 milyon 369 min manat (12%), hüquqi şəxslərin depozitləri isə 13 milyon 355 min manat (5) böyüyüb.
Bankın balans kapitalı 2 milyon 177 min manat (2%) artaraq 100 milyon 155 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 2 milyon 472 min manat, başqa sözlə 7% artaraq 39 milyon 659 min manata yaxınlaşıb.