2025-ci ilin ilk rübündə "Yapı Kredi Azərbaycan"ın qeyri-faiz gəlirləri 6 milyon 462 min manat, xərcləri isə 11 milyon 591 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 998 min manat (18%), xərclər 452 min manat (4%) artıb.
Qeyri faiz gəlirlərinin 4 milyon 297 min manatı alınan haqq və komissiya gəlirlərinin payına düşüb ki, bu da 216 min manat (5%) artımdır.
Digər gəlirlər isə kəskin şəkildə artaraq 5 min manatdan 397 min manata yüksəlib.