Cari ilin ilk rübündə "Yapı Kredi Azərbaycan" 298 milyon 461 min manat kredit portfelinə malik olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
"Yapı Kredi Azərbaycan"ın kredit portfelinin həcmi son 3 ayda 6 milyon 683 min manat (2%) böyüyüb.
Onun da 70 milyon 850 min manatını istehlak, 187 milyon 221 min manatını biznes kreditləri, 40 milyon 389 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-ci iin sonu ilə müqayisədə istehlak kreditləri 2 milyon 836 min manat (4%), ipoetka kreditləri 5 milyon 509 min manat böyüyüb.
Ümumi kredit portfelinin 29 milyon 605 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 268 milyon 856 min manat olub ki, bu da son bir ildə 6 milyon 946 min manat, başqa sözlə 3% artım deməkdir.