Hər zaman müştərilərə müxtəlif məhsul və xidmətlər üzrə sərfəli şərtlər təqdim edən Xalq Bank öz kart sahibləri üçün növbəti kampaniyaya start verir! Belə ki, artıq müştərilər istənilən Xalq Bank ödəniş kartı ilə Qatar Airways-dən aviabiletləri 12%-dək endirimlə əldə edə biləcəklər!
FED.az xəbər verir ki, kampaniyada Xalq Bankın bütün Visa və MasterCard ödəniş kartları iştirak edir.
Qeyd edək ki, endirim həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Müştərilər www.qatarairways.com/xalq səhifəsinə keçid edərək Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş FLYXALQ promokodu ilə endirimdən yararlana biləcəklər.
Kampaniyanın müddəti 31.05.2022-ci il tarixədək davam edir, kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.12.2022-ci il tarixədəkdir.
Müxtəlif çeşiddə təklif edilən ödəniş kartlarını Bankın istənilən filialından əldə etmək olar.
Xalq Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.