Xalq Bank Digital Card sahibləri üçün yeni kampaniyaya start verir. Kampaniya ərzində Digital Card vasitəsilə aparılan Apple Pay/Google Pay ödənişləri kart sahibinə 15 AZN-dək keşbek qazandıracaq. Belə ki, müştərilər ilk 5 ödənişdən müvafiq olaraq 1, 2, 3, 4 və 5 AZN qazana biləcəklər. Hər bir əməliyyatın minimal məbləği 10 AZN olmalıdır.
Kampaniya 20 iyunadək qüvvədədir.
Qeyd edək ki, Digital Card XalqOnline istifadəçiləri üçün nəzərdə tutulan rəqəmsal debet kartıdır. Kartı banka gəlmədən və vaxt itirmədən birbaşa XalqOnline tətbiqində əldə edərək aktivləşdirmək mümkündür. Digital Card vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar. Kart AZN valyutasında və pulsuz təqdim edilir, istifadə müddəti 1 ildir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.