Xalq Bank Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən mənzillərin onlayn satışı layihəsinə qoşulur.
"Xalq Bank" 2022-ci ilin yekunlarını açıqladı - RƏQƏMLƏR
Layihə çərçivəsində mənzilə sahib olmaq üçün Xalq Bankın öz vəsaiti hesabına illik 9%-lə və 22 il müddətinə təklif etdiyi sərfəli ipoteka kreditindən yararlanmaq mümkündür.
Satış 23 yanvar 2023-ci il, saat 10:00-dan başlayaraq ƏƏSMN tərəfindən hazırlanmış elektron portal – www.ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək. Portalda mənzillərlə bağlı ətraflı məlumat təqdim olunur.
Qeyd edək ki, mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixədək davam edəcək.
Layihə barədə ətraflı məlumatla https://www.sosial.gov.az/Menzil-almaq-isteyenlerin-nezerine_641405 səhifəsinə keçid edərək tanış ola bilərsiniz.