Xalq Bank ötən il müştərilər tərəfindən böyük maraqla qarşılanmış sərfəli istehlak krediti kampaniyasını davam etdirir.
"Xalq Bank" 18 yaşını - QEYD EDİR!
Kampaniya şərtlərinə əsasən bir sıra dövlət strukturlarında, bank, təhsil, səhiyyə və neft-qaz sektorunda çalışan şəxslər istehlak kreditini zaminsiz 15 000, zaminliklə 30 000 manatadək, illik faiz dərəcəsi 12 ay müddətinə cəmi 12%, 48 ayadək müddətinə isə 14% olmaqla əldə edə bilərlər. Bunun üçün müraciətçi qeyd olunan sahədə sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır.
30 iyun 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq üçün Xalq Bankın istənilən filialına müraciət etmək lazımdır.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.