Xalq Bank ASC-də üç yeni idarə təsis edilib və həmin idarələrə rəislər təyin edilib.
“Araz” supermarketlər şəbəkəsində - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Murad Veyis oğlu Kərimov Korporativ satış idarəsinə rəis, Toğrul Akif oğlu Vəlibəyov Rəqəmsal bankçılıq idarəsinin rəisi, Nigar Şahmar qızı Şıxəliyeva isə Məsafədən bankçılıq idarəsinin rəisi təyin ediliblər.
Bununla da, bankın strukturunda olan idarə rəislərinin sayı 21-ə yüksəlib.
Xatırladaq ki, “Xalq Bank” Azərbaycanda aktivlərinin həcminə görə 4-cü ən iri bankdır.