Xalq Bank biznes sahiblərinə sərfəli əməkdaşlıq şərtlərindən yararlanmaq və bank xərclərini azaltmaq imkanı verən kampaniyaya start verir.
"Xalq Bank"dan yenilənmiş şərtlərlə - SƏRFƏLİ İSTEHLAK KREDİTİ
FED.az xəbər verir ki, 3 ay davam edəcək kampaniya müddətində Xalq Bankda yeni hesab açan hüquqi şəxs və fərdi sahibkarlara 06 oktyabr tarixədək aşağıdakı bank komissiyalarına 50% güzəşt tətbiq ediləcək:
- əməkhaqqı köçürmələri;
- ölkədaxili manat köçürmələri;
- ölkəxarici valyuta köçürmələri;
- nağdlaşdırma.
Xalq Bank müştərisi olmaqla biznes sahibləri həm də Bankın təklif etdiyi bir sıra bank məhsul və xidmətlərindən PULSUZ yararlana biləcəklər:
- сari hesabın açılması;
- 3 illik əməkhaqqı kartları;
- biznes kartları;
- konvertasiya əməliyyatı;
- XalqOnline İnternet və Mobil Bankçılıq sisteminə qoşulma.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də https://www.xalqbank.az/ saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.